Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Komissiyasının rəhbəri, Vuçiç və Sandu Kiyevə səfər edib
Avropa Komissiyasının rəhbəri, Vuçiç və Sandu Kiyevə səfər edib

İyulun 15-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və digər Avropa ölkələrinin liderləri Ukraynanın paytaxtı Kiyevə gəliblər.

Bizimyol.info xəbər verir ki, Ukraynaya həmçinin Serbiya Prezidenti Aleksandr Vuçiç, Monteneqro Prezidenti Yakov Milatoviç, Sloveniyanın Baş naziri Yanez Yanşa, Moldova Prezidenti Maya Sandu və Rumıniya Prezidenti Nikuşor Dan səfər ediblər.

Ursula fon der Lyayen sosial şəbəkə hesabında Kiyevdəki görüşdən video yayımlayıb və bildirib ki, bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanmasından sonra onun Ukraynaya 11-ci səfəridir.

“Bu, xüsusi bir məqamdır. Ukrayna hərbi potensialının gücləndirilməsi istiqamətində mühüm irəliləyiş əldə edib. Təşəbbüs tədricən onun tərəfinə keçir”, – deyə Avropa Komissiyasının sədri bildirib.

O, həmçinin müdafiə sənayelərinin inteqrasiyasına yönəlmiş yeni təşəbbüsləri açıqlayacağını bildirib. “Beləliklə, biz daha çox və daha sürətli istehsal edə biləcəyik”, – deyə fon der Lyayen əlavə edib.

Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, görüşlər zamanı Ukraynanın Avropa İttifaqına üzvlük prosesi və qarşıdan gələn qışa hazırlıq məsələləri də müzakirə olunacaq.

Bu gün Kiyevdə Ukrayna Dövlətçiliyi Günü münasibətilə tədbirlər və “Ukrayna – Cənub-Şərqi Avropa” sammiti keçiriləcək.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Ukraynaya Böyük Britaniya istehsalı olan silahların alınmasına imkan yaratmaq üçün 60 milyard avro məbləğində vəsait ayırmağı planlaşdırır. Bu məbləğin müharibədən zərər çəkmiş ölkə kimi Ukraynaya müdafiə məqsədli satınalmalar üçün xüsusi kredit formasında təqdim ediləcəyi qeyd olunub.

Bundan əlavə, Avropa İttifaqı Ukraynanın qarşıdakı qışda yenidən ciddi çətinliklərlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib və ölkəyə dəstək göstərməyə hazırlaşdığını bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »