Niderland polisi insan alveri ilə bağlı aparılan istintaq çərçivəsində yeddi şübhəlini saxlayıb. Onlardan dördü Amsterdamın məşhur "Qırmızı fənərlər" məhəlləsində, daha üçü isə Rumıniyada yerli hüquq-mühafizə orqanlarının dəstəyi ilə tutulub.
Bizimyol.info xəbər verir ki, bu barədə Niderland polisinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, genişmiqyaslı əməliyyat iyulun 14-ü axşam saatlarında "Qırmızı fənərlər" məhəlləsinin yerləşdiyi Valen rayonunda polisinin bir neçə ixtisaslaşmış bölməsinin iştirakı ilə həyata keçirilib. İstintaq davam etdiyindən əməliyyatla bağlı əlavə təfərrüatlar hələlik açıqlanmır.
Bildirilib ki, saxlanılan şəxslərin hamısı həbs olunub və istintaqın ilkin mərhələsi başa çatana qədər yalnız vəkilləri ilə əlaqə saxlaya bilərlər.
Amsterdamın tarixi mərkəzində yerləşən "Qırmızı fənərlər" məhəlləsi Niderlandda qanuniləşdirilmiş insan alverinin ən böyük və ən tanınmış məkanı hesab olunur. Hər il milyonlarla turistin ziyarət etdiyi bu ərazi eyni zamanda çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlıq halları səbəbindən hüquq-mühafizə orqanlarının xüsusi nəzarətindədir. Son illərdə şəhər rəhbərliyi burada əxlaqsızlığın miqyasını azaltmaq və cinayətkarlığa qarşı mübarizəni gücləndirmək istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
Bizimyol.info






