Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İrana endirdiyi zərbələrin görüntülərini yayıb - Video
ABŞ İrana endirdiyi zərbələrin görüntülərini yayıb - Video

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana endirilən zərbələri əks etdirən videogörüntüləri yayımlayıb.

Bizimyol.info xəbər verir ki, kadrlarda İrana məxsus hərbi texnikanın yüksək dəqiqlikli zərbələrlə məhv edilməsi əks olunub.

Mərkəzi Komandanlığın "X" sosial şəbəkəsində yaydığı açıqlamada yeddi saat davam edən əməliyyat zamanı ABŞ-ın qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və hərbi gəmiləri yüksək dəqiqlikli sursatlardan istifadə etməklə İranın raket, həmçinin pilotsuz uçuş aparatlarının yerləşdiyi mövqelərə, Hərbi Dəniz Qüvvələrinin obyektlərinə, eləcə də sahil müdafiə sistemlərinə zərbələr endirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələri İrana qarşı yeddi saat davam edən zərbələr silsiləsinin başa çatdığını açıqlamışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »