Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova "İstəklilər koalisiyası"nı Sodom və Homorra ilə müqayisə edib
Zaxarova "İstəklilər koalisiyası"nı Sodom və Homorra ilə müqayisə edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna ilə bağlı yaradılan "İstəklilər koalisiyası"nı ("Coalition of the Willing") Sodom və Homorra (Sədum və Qəmurə) ilə müqayisə edib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə mətbuata açıqlama verərkən bildirib.

Zaxarovanın sözlərinə görə, sözügedən koalisiya "qəddarlıq və insanlıqdan uzaqlaşma səviyyəsinə görə" Sodom və Homorranı xatırladır.

"Qəribə addır – "İstəklilər koalisiyası". Nəyin istəyənləri? Bu mənə Sodom və Homorranı xatırladır. Sodom və Homorra insanlığın itirilməsi deməkdir, həmin şəhərlərin sakinləri sözün həqiqi mənasında vəhşiləşmişdilər", – deyə o bildirib.

Rusiya XİN-in nümayəndəsi əlavə edib ki, bu koalisiya sülh və təhlükəsizlik istəyi ilə deyil, başqa məqsədlərlə hərəkət edir. "Bu, sülhə və təhlükəsizliyə can atmaq deyil, sadəcə istəklərin özüdür. Bu, sülhlə gələn hər kəsi potensial qurban kimi qəbul edən ağılsızlaşmış bir cəmiyyətdir", – deyə Zaxarova iddia edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »