Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: Lindsi Qremin ölümünün təbii səbəblərdən baş verdiyinə inanıram
Tramp: Lindsi Qremin ölümünün təbii səbəblərdən baş verdiyinə inanıram

ABŞ prezidenti Donald Tramp respublikaçı senator Lindsi Qremin ölümünün təbii səbəblərdən baş verdiyini bildirib və bununla bağlı irəli sürülən sui-qəsd iddialarını rədd edib.

Bizimyol.info xəbər verir ki, "Newsmax" telekanalına müsahibəsində Tramp deyib ki, Qremin ciddi sağlamlıq problemləri var idi və atası da təxminən eyni yaşda ürək xəstəliyi səbəbindən vəfat etmişdi.

“Onun gizli sağlamlıq problemləri var idi və bunları aşkar etmək asan deyildi. Atası da ürək ağırlaşmaları səbəbindən çox gənc yaşda vəfat etmişdi. Lindsidə də eyni problem var idi”, – deyə Tramp bildirib.

Tramp bu açıqlamanı senatorun ölümündə Rusiyanın əli ola biləcəyi barədə sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirərkən verib. İlkin tibbi rəyə əsasən, Lindsi Qrem 71 yaşında aterosklerozla əlaqəli aorta disseksiyası nəticəsində vəfat edib və indiyədək cinayət əlamətlərinə dair sübut aşkarlanmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »