Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İİKK ABŞ-ın İordaniyadakı aviabazasına zərbə endirdiyini açıqlayıb
İİKK ABŞ-ın İordaniyadakı aviabazasına zərbə endirdiyini açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın İordaniyada yerləşən hərbi aviabazasına raket zərbələri endirdiyini bəyan edib.

Bizimyol.info xəbər verir ki, "Fars" agentliyinin yaydığı açıqlamada bildirilir ki, zərbələr ABŞ ordusunun İordaniya ərazisindəki aviabazasında yerləşən obyekt və dislokasiya məntəqələrini hədəf alıb.

Bundan əvvəl "Reuters" agentliyi İordaniyanın hava hücumundan müdafiə sistemlərinin İran ərazisindən buraxıldığı bildirilən dörd raketi ölkənin hava məkanında zərərsizləşdirdiyini xəbər verib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »