Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya dizel yanacağının ixracını tam qadağan edib
Rusiya dizel yanacağının ixracını tam qadağan edib

Rusiyada dizel yanacağının ixracına tam qadağa tətbiq edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş nazirin müavini Aleksandr Novak Prezident Vladimir Putinin sədrliyi ilə yanacaq bazarındakı vəziyyətə həsr olunmuş müşavirədə məlumat verib.

Novakın sözlərinə görə, ölkədə yanacağa tələbat təxminən üçdəbir artıb ki, bu da yanacaqdoldurma məntəqələrinin fəaliyyətinə əlavə yük yaradıb. O bildirib ki, hazırda fəaliyyətdə olan neft emalı zavodları maksimum güclə işləyir, əvvəllər formalaşdırılmış yanacaq ehtiyatları isə daxili bazarın təmin edilməsinə yönəldilib.

Baş nazirin müavini əlavə edib ki, Rusiya iyul ayından etibarən neft məhsullarının idxalına da başlayır. Onun qiymətləndirməsinə görə, yanacaq bazarında vəziyyət qismən sabitləşsə də, hələ də mürəkkəb olaraq qalır.

Müşavirədə çıxış edən Prezident Vladimir Putin isə bildirib ki, Ukrayna Rusiya cəmiyyətində gərginlik yaratmağa çalışır. Onun sözlərinə görə, bu cəhdlər nəticə verməyəcək, çünki Rusiyanın enerji kompleksi dünyada ən yüksək dayanıqlıq ehtiyatına malik sistemlərdən biridir.

Putin hökuməti yanacaq bazarında vəziyyətin normallaşdırılması üçün zəruri qərarların daha operativ qəbul edilməsinə də çağırıb.

Dizel yanacağının ixracına qoyulan qadağanın nə qədər qüvvədə qalacağı və tətbiq mexanizmi barədə hələlik əlavə rəsmi məlumat açıqlanmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »