Qətərin Silahlı Qüvvələri ölkə ərazisinə atılan ballistik raketləri ələ keçirmək və zərərsizləşdirmək əməliyyatını davam etdirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi məlumat yayıb.
"Qətər Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələr ballistik raketlərlə həyata keçirilən hücumların qarşısını almaqda davam edir", - deyə nazirliyin bəyanatında bildirilir.
Bundan əvvəl Dohada hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində yeni partlayış səslərinin eşidildiyi bildirilmişdi.
Qətərin Daxili İşlər Nazirliyi isə ölkə sakinlərini təhlükəsizlik təhdidinin səviyyəsinin yüksəldiyi barədə xəbərdar edib.
Bizimyol.info






