Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada təhlükəli viruslar yayılır: İspaniya, Fransa və İtaliya risk zonasındadır
Avropada təhlükəli viruslar yayılır: İspaniya, Fransa və İtaliya risk zonasındadır

Avropada ağcaqanadların fəallıq mövsümü pik həddə çatıb. İqlim dəyişiklikləri və davam edən isti hava təhlükəli yoluxucu xəstəliklərin məşhur turizm istiqamətlərində sürətlə yayılmasına səbəb olub.

Bizimyol.info İspaniya, Portuqaliya, Fransa, İtaliya və Yunanıstan da daxil olmaqla əsas kurort bölgələrində artıq 1000-dən çox ehtimal olunan və təsdiqlənmiş yoluxma halı qeydə alınıb.

Mütəxəssislərin sözlərinə görə, bu infeksiyalar oynaqların zədələnməsinə, iflicə, görmə qabiliyyətinin itirilməsinə və hətta ölümə səbəb ola bilər. Avropalı həkimləri ən çox narahat edən xəstəliklərdən biri Qərbi Nil virusudur.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin rəsmi məlumatına əsasən, virus bu yay yenidən yayılmağa başlayıb. Yoluxma halları artıq İtaliyanın Kazerta, Florensiya və Verona əyalətlərində, eləcə də Rumıniya və Şimali Makedoniyada qeydə alınıb.

Təkcə ötən epidemiya mövsümündə İtaliyada Qərbi Nil virusundan təxminən 38 nəfər həyatını itirib, ölkədə yoluxanların ümumi sayı isə 500-ə çatıb.

Ən yüksək risk qrupuna 50 yaşdan yuxarı və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər daxildir. Hazırda Qərbi Nil virusuna qarşı xüsusi müalicə üsulu və ya təsdiqlənmiş peyvənd mövcud deyil.

Bundan başqa, Cənubi Avropada çikunqunya virusunun yayılması da müşahidə olunur. Bu xəstəlik güclü oynaq və əzələ ağrılarına səbəb olur. Fransa və İtaliyada yüzlərlə şübhəli yoluxma halı qeydə alınıb.

Nisbətən az yayılsa da, denge qızdırması da təhlükəli olaraq qalır. Xəstəliyə yoluxma halları Xorvatiya, Fransa, İtaliya, İspaniya və Portuqaliyada qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il yüz milyonlarla insan denge qızdırmasına yoluxur. Təşkilat xəbərdarlıq edir ki, iqlimin istiləşməsi nəticəsində xəstəlik daşıyıcısı olan ağcaqanadlar əvvəllər onlar üçün xarakterik olmayan coğrafi ərazilərdə də yayılmağa başlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »