ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını başa çatdırıb. Bu, son bir həftə ərzində İslam Respublikasına endirilən üçüncü hücum olub.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Mərkəzi Komandanlığın "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirilir ki, "bu həftə İrana qarşı üçüncü zərbə əməliyyatı uğurla başa çatdırılıb".
Komandanlığın məlumatına görə, əməliyyat İranın Hörmüz boğazında kommersiya gəmisinə endirdiyi zərbəyə cavab olaraq həyata keçirilib.
Bəyanata əsasən, ABŞ Silahlı Qüvvələri bazar gününə keçən gecə İranda 140-a yaxın hərbi hədəfi vurub.
"ABŞ qüvvələri yüksək dəqiqlikli sursatlardan istifadə etməklə təxminən 140 İran hərbi obyektinə zərbələr endirib. Hədəflər arasında İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr, Hərbi Dəniz Qüvvələrinə məxsus obyektlər, sursat anbarları, rabitə şəbəkələri və sahil müşahidə məntəqələri yer alıb", – deyə Mərkəzi Komandanlığın açıqlamasında bildirilir.
Komandanlığın məlumatına görə, ABŞ son bir həftə ərzində həyata keçirdiyi üç mərhələli əməliyyat çərçivəsində İranda ümumilikdə 300-dən çox hədəfə zərbələr endirib.
Bizimyol.info






