Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İordaniya hava hücumundan müdafiə qüvvələri İranın səkkiz ballistik raketini zərərsizləşdirib
İordaniya hava hücumundan müdafiə qüvvələri İranın səkkiz ballistik raketini zərərsizləşdirib

İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı ölkənin hava hücumundan müdafiə (HHM) sistemlərinin İran tərəfindən buraxılmış səkkiz ballistik raketi məhv etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İordaniyanın Petra xəbər agentliyinin yaydığı rəsmi məlumatda qeyd olunub.

Verilən məlumata görə, İordaniyanın HHM sistemləri İranın buraxdığı səkkiz ballistik raketi havada ələ keçirərək zərərsizləşdirib. Raket qalıqlarının düşdüyü ərazilərə ixtisaslaşmış mühəndis-texniki qruplar cəlb olunub. Hazırda ölənlər, xəsarət alanlar və ya maddi ziyan barədə hər hansı məlumat daxil olmayıb.

Baş Komandanlıq vurğulayıb ki, ölkənin Silahlı Qüvvələri regionda baş verən hadisələrin inkişafını diqqətlə izləyir və hava məkanının qorunması məqsədilə ən yüksək döyüş hazırlığı vəziyyətində fəaliyyət göstərir.

Açıqlamada həmçinin bildirilib ki, İordaniya Silahlı Qüvvələri heç bir tərəfin krallığın suverenliyini və ərazi bütövlüyünü pozmasına imkan verməyəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »