Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranlı deputat: NATO-nun Ukraynaya dəstəyinə baxmayaraq, Rusiyanın qalib gəlmək imkanları var
İranlı deputat: NATO-nun Ukraynaya dəstəyinə baxmayaraq, Rusiyanın qalib gəlmək imkanları var

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Borucerdi NATO-nun Ukraynaya göstərdiyi genişmiqyaslı hərbi və maliyyə dəstəyinə baxmayaraq, Rusiyanın müharibədə üstünlük əldə etmək və qələbə qazanmaq üçün kifayət qədər hərbi potensiala malik olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, NATO Ukraynaya indiyədək misli görünməmiş həcmdə dəstək göstərsə də, bu, Rusiyanın hərbi imkanlarını zəiflətməyib. "NATO bütün potensialını Ukraynaya yönəldib. Lakin buna baxmayaraq, Rusiya onların hamısını məğlub edəcək hərbi gücə malikdir", – deyə iranlı deputat bildirib.

Borucerdi açıqlamasında həmçinin Rusiya ilə İran arasında münasibətlərə toxunmasa da, onun bəyanatı Tehranın son illərdə Moskva ilə sıx əməkdaşlıq fonunda səsləndirdiyi dəstək xarakterli mövqelərin davamı kimi qiymətləndirilir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fonunda NATO ölkələri Kiyevə milyardlarla dollar dəyərində hərbi, maliyyə və humanitar yardım göstərir. Moskva isə Qərbin bu dəstəyinin münaqişəni uzatdığını iddia edir. Ukrayna və NATO isə həmin yardımın ölkənin müdafiə qabiliyyətinin qorunması üçün zəruri olduğunu bildirirlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »