Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan NATO sammitindən sonra Aİ liderlərinə tapança hədiyyə edib
Ərdoğan NATO sammitindən sonra Aİ liderlərinə tapança hədiyyə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin başa çatmasından sonra Avropa İttifaqının (Aİ) rəhbərlərinə — Avropa Şurasının sədri Antonio Koştaya və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə qeyri-adi hədiyyələr təqdim edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” Aİ mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa rəsmilərinə üzərində xüsusi yazılar həkk olunmuş mərasim tapançaları, döyüş sursatları və silahlara qulluq üçün dəstlər təqdim edilib.

Avropa Şurasından bildirilib ki, təhlükəsizlik xidməti hədiyyələri zəruri yoxlamaların aparılması üçün artıq götürüb. Silahlar Belçikaya çatdırıldıqdan sonra Aİ qurumları üçün qüvvədə olan təhlükəsizlik tələblərinə uyğun şəkildə saxlanılacaq.

Ursula fon der Lyayenin ətrafı isə hələlik alınan hədiyyə ilə bağlı hansı qərarın veriləcəyini açıqlamayıb.

Avropalı rəsmilərin sözlərinə görə, mərasim tapançalarının dəyəri rəsmi hədiyyələr üçün müəyyən edilmiş hədləri aşa bilər. Buna görə də onların çox güman ki, hədiyyə alan şəxslərin şəxsi istifadəsində qalmasına icazə verilməyəcək.

Sammitin bəzi digər iştirakçıları isə bu cür hədiyyələri Türkiyədən çıxarmayacaqlarını bildiriblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »