Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO çərçivəsində Avropa ABŞ ilə bərabərhüquqlu tərəfdaş kimi danışacaq - Almaniya kansleri
NATO çərçivəsində Avropa ABŞ ilə bərabərhüquqlu tərəfdaş kimi danışacaq - Almaniya kansleri

Almaniya kansleri Fridrix Merz hesab edir ki, NATO çərçivəsində Avropa ABŞ ilə bərabərhüquqlu tərəfdaş kimi dialoq aparacaq.

Bizimyol.info xəbər verir ki, o, Almaniya Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib ki, ABŞ NATO-nun 32 üzvündən biridir və Avropa ölkələri ABŞ-dan asılı olduğu qədər, Vaşinqton da Avropa müttəfiqlərindən asılıdır.

"Biz ABŞ administrasiyası ilə bərabərhüquqlu tərəfdaş kimi görüşürük. ABŞ NATO-nun 32 tərəfdaşından biridir, biz də NATO-nun 32 tərəfdaşından biriyik", – deyə Merz vurğulayıb.

Almaniya hökumətinin başçısı iyulun 7-8-də keçiriləcək NATO sammiti ərəfəsində bildirib ki, Avropa qarşıdakı həftəyə öz gücünə inamla qədəm qoyur.

"Amerikalılara deyirik: Siz bizdən asılısınız, biz də sizdən asılıyıq. Biz birlikdə müdafiə qabiliyyətinə malikik", – deyə kansler əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »