Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-la İran qarşılıqlı zərbələrin dayandırılması barədə razılığa gəlib
ABŞ-la İran qarşılıqlı zərbələrin dayandırılması barədə razılığa gəlib

ABŞ-la İran nümayəndələri qarşılıqlı hərbi zərbələrin dayandırılması, həmçinin Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə iyunun 30-da Qətərin paytaxtı Dohada məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

"Yüksək vəzifəli amerikalı rəsmisinin sözlərinə görə, ABŞ-la İran bir-birinə qarşı zərbələri dayandırmaq barədə razılıq əldə ediblər. Çünki tərəflər çərşənbə axşamı Qətərin paytaxtında Hörmüz boğazı ətrafındakı fikir ayrılıqlarını həll etmək üçün görüş keçirməyi planlaşdırırlar", – deyə Ravid bildirib.

Mənbələrdən birinin sözlərinə görə, ilkin plana əsasən, tərəflər çərşənbə axşamı İsveçrədə məsləhətləşmələr aparmalı və burada İranın nüvə proqramını müzakirə etməli idilər. Lakin son günlər baş verən gərginliyin artması səbəbindən ABŞ-la İran danışıqların keçiriləcəyi məkanı, eləcə də əsas müzakirə mövzusunu dəyişmək qərarına gəliblər.

Amerikalı mənbə əlavə edib ki, məsləhətləşmələrdə ABŞ tərəfdən texniki qrupun rəhbəri Nik Stüart iştirak edəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »