Venesuelanın paytaxtı Karakasda baş verən zəlzələdən sonra metro və dəmir yolu xətlərinin fəaliyyəti dayandırılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriges məlumat verib.
“Xilasetmə işlərinin daha operativ aparılmasını təmin etmək üçün metro və dəmir yolu xətlərinin fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəldik”, – deyə o bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində azı 32 nəfər həlak olub, 700 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bizimyol.info






