Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyanın səkkiz şəhərində həddən artıq istilik səbəbilə xəbərdarlıq edilib
İtaliyanın səkkiz şəhərində həddən artıq istilik səbəbilə xəbərdarlıq edilib

Afrikadan qaynaqlanan isti dalğası İtaliyanı cənginə alıb və nəticədə bu gün üçün səkkiz şəhərdə qırmızı xəbərdarlıq elan edilib.

APA xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi isti dalğasının həftəsonu bir çox şəhərə təsir edəcəyini bildirib və səkkiz şəhərdə qırmızı (ən yüksək risk) xəbərdarlıq elan edib.

Xəbərdarlıq elan olunan şəhərlər Bolonya, Bolzano, Breşiya, Florensiya, Milan, Peruca, Rieti və Turin şəhərləridir.

Səhiyyə Nazirliyi insanları saat 11:00 ilə 18:00 arasında çölə çıxmamağa çağırıb.

Son xəbərlər
Bütün xəbərlər »