ABŞ Senatı və Konqresi ukraynalıların hüquqlarının məhdudlaşdırılmasına böyük resurslar "tökür".
Bizimyol.info xəbər verir ki, bunu keçmiş ABŞ Dəniz Piyadaları Korpusunun kəşfiyyat analitiki Skott Ritter Donetskdə "Cəhənnəmə gedən yol" kitabının təqdimatında deyib.
"Ən azından Ukraynada rus dilində danışsanız, sizə şübhə ilə baxılacaq; Vlaodimir Zelenski haqqında bir şey desəniz, çox güman ki, həbs olunacaqsınız. Rusiya xəbərlərində deyilənləri desəniz, başınıza daha pis bir şey gələcək", - deyə Ritter qeyd edib. Onun sözlərinə görə, bu, Ukraynada söz azadlığının hazırda olmamasını göstərir.
"Amma bu, yalnız səthidir. Ən qorxulusu odur ki, bu, Ukrayna hökumətinin təşəbbüsü deyil. ABŞ Senatı və Konqresi bu sistemin - qadağalar və senzura sisteminin saxlanmasına böyük resurslar sərf edir", - deyə Ritter deyib.
Bizimyol.info






