Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Filippində güclü zəlzələ quru sahəsini 2 metr qaldırdı, mərcan riflərini məhv etdi
Filippində güclü zəlzələ quru sahəsini 2 metr qaldırdı, mərcan riflərini məhv etdi

Filippində 60-dan çox insanın həyatına son qoyan güclü zəlzələ bəzi ərazilərdə quru sahəsinin təxminən 2 metr qalxmasına və dəniz ekosisteminə ciddi ziyan dəyməsinə səbəb olub.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Nazirliyi məlumat yayıb.

7,8 bal gücündə yeraltı təkanlar Mindanao adası sahillərində qeydə alınıb.  Nazirliyin məlumatına görə, bəzi ərazilərdə sahil xətti təxminən 200 metr sürüşüb və dəniz dibinin bəzi hissələri su səviyyəsindən yuxarı çıxıb.

Nəticədə əvvəllər su altında qalan mərcan rifləri və dəniz otları üzə çıxıb. Nazirliyin yaydığı fotolarda geniş əraziləri əhatə edən qurumuş riflər, eləcə də sahilə atılmış ölü balıqlar və digər dəniz canlıları görünür.

Qurumun açıqlamasında bildirilir ki, həssas ekosistemlərdə kütləvi məhvolma prosesi başlayıb.

“Dəniz otları və mərcan rifləri, həmçinin yosunlar, rif balıqları, ilanbalıqları və midiyalar tələf olmağa başlayıb”, – deyə məlumatda qeyd olunub.

Mütəxəssislər hazırda ekoloji ziyanın miqyasını və geoloji sürüşmənin sahilyanı ərazilərə uzunmüddətli təsirlərini qiymətləndirməyə davam edirlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »