Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dodon: “Sandunun Moldova dövlətçiliyi ilə bağlı fikirləri xəyanətdir”
Dodon: “Sandunun Moldova dövlətçiliyi ilə bağlı fikirləri xəyanətdir”

Moldovanın keçmiş prezidenti və müxalifətdəki Sosialistlər Partiyasının lideri İgor Dodon prezident Maya Sandunun ölkənin dövlətçiliyi ilə bağlı səsləndirdiyi fikirləri kəskin tənqid edib və bunu “ölkənin maraqlarına xəyanət” adlandırıb.

Bizimyol.info xəbər verir ki, Dodon Rusiya mətbuatına müsahibəsində bildirib ki, müasir tarixdə ilk dəfədir ki, bir ölkə prezidenti konstitusiyaya and içərək dövlətin suverenliyini qorumağa söz verdikdən sonra onun dövlətçiliyinin ləğvinə çağırış edir.

“Düşünürəm ki, bu, müasir tarixdə ilk haldır. Dövlət başçısı konstitusiyaya and içib ölkənin suverenliyini müdafiə etməyə söz verir, sonra isə həmin dövlətçiliyin ləğvini dəstəkləyir. Belə bir presedent xatırlamıram. Bunu yalnız ölkənin maraqlarına xəyanət kimi qiymətləndirmək olar”, – deyə Dodon bildirib.

Bundan əvvəl Sandu bəyan etmişdi ki, Moldova cəmiyyətinin bir hissəsi üçün ölkənin Rumıniya ilə birləşməsi “tarixi ədalətsizliyin aradan qaldırılması” yolu kimi qəbul olunur.

Məqalədə qeyd olunur ki, Sandu, parlament sədri və hakim partiyanın lideri İgor Qrosu, baş nazir Aleksandr Munteanu və Moldova rəhbərliyinin digər nümayəndələri daha əvvəl də Rumıniya vətəndaşlığına malik olduqlarını açıqlayıblar. Onlar həmçinin bu məsələ ilə bağlı referendum keçiriləcəyi təqdirdə Moldova ilə Rumıniyanın birləşməsini və Moldova dövlətinin ləğvini dəstəkləyə biləcəklərini bildirmişdilər.

Dodonun fikrincə, belə bəyanatlar ölkənin suverenliyinə və müstəqilliyinə ziddir və Moldova dövlətçiliyinin gələcəyi ilə bağlı ciddi suallar yaradır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »