NATO-nun Baltik ölkələrinin hava məkanının patrulu üzrə missiyası (Baltic Air Policing) çərçivəsində Fransa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Latviyanın səmasında pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Baltik respublikasının Milli Silahlı Qüvvələri (MSQ) “X” platformasında məlumat yayıb.
MSQ-nin açıqlamasında bildirilib: “Müttəfiq qırıcılar Latviyanın hava məkanına daxil olan dronu uğurla məhv edib”. Hazırda ölkədə elan edilmiş hava xəbərdarlığı ləğv olunub.
Bundan əvvəl Latviya Milli Silahlı Qüvvələri ölkənin hava məkanına mümkün təhlükə barədə xəbərdarlıq etmiş və əhalini təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırmışdı.
Bizimyol.info






