Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mənzil sahiblərinin nəzərinə: Yaxın vaxtlarda yoxlamalar başlaya bilər
Mənzil sahiblərinin nəzərinə: Yaxın vaxtlarda yoxlamalar başlaya bilər

Deputat Razi Nurullayev bildirib ki, təbii fəlakət, yanğın və digər hadisələr zamanı vətəndaşlar ciddi zərərə məruz qalsalar da, əmlak sığortası olmadığından kompensasiya ala bilmirlər. Onun sözlərinə görə, İmişlidə vətəndaşlarla görüşlər zamanı demək olar ki, hər ay bir neçə yanmış ev və ya obyektlə qarşılaşır və zərərçəkənlərin əksəriyyətinin sığortasının olmadığını görür. Deputat qeyd edib ki, illik məbləği cəmi 40-50 manat olan əmlak sığortası ailələri böyük maliyyə itkilərindən qoruya bilər. O, əmlak sığortasının yenidən məcburi tətbiqinin vətəndaşların məsuliyyətini artıracağını və fövqəladə hallarda dövlətin maliyyə yükünü azaldacağını vurğulayıb.

Sığorta eksperti Emil Ağabağırov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, daşınmaz əmlakın icbari sığortası 2011-ci ildən qüvvədədir və hüquqi baxımdan məcburi sığorta növü hesab olunur. Fiziki şəxslər tərəfindən bu tələbin yerinə yetirilmədiyi hallarda 30 manat məbləğində cərimə nəzərdə tutulur.

“Lakin hazırda bu sahədə icranı və nəzarəti həyata keçirən müvafiq dövlət orqanının tam şəkildə formalaşmaması səbəbindən sığortalanma səviyyəsi aşağı qalır. Vətəndaşlar bunu etmir. Çünki cərimə edən bir dövlət orqanı yoxdur.

Yaxın vaxtlarda bu istiqamətdə nəzarət orqanının müəyyənləşdirilməsi gözlənilir”-deyən ekspert bildirib ki, daşınmazın əmlakın sığortalanması ilə bağlı yeni konsepsiya hazırlanır.

Ekspert vurğulayıb ki,, daşınmaz əmlkaın sığortalanması icbaridir. Hər an nəzarət eən orqan müəyyən oluna bilər və mənzilləri yoxlaya bilər.

Emil Ağabağırov bildirib ki, hazırda isə daşınmaz əmlakın icbari sığortasına maraq artmaqdadır. Son dövrlərdə baş verən intensiv yağıntılar, külək fırtınaları, yanğın və partlayış hadisələri nəticəsində bir sıra əmlaklara ciddi ziyan dəyib.

Sığortası olan əmlak sahibləri bu hallarda kompensasiya imkanlarından yararlana biliblər.

“Eyni zamanda, sığortasız mənzillərin çoxluğu səbəbindən bir çox vətəndaşlar ciddi zərərlə üzləşib. Bu hadisələrdən sonra icbari sığortaya marağın artdığı müşahidə olunur. İlin birinci və ikinci rübündə sığorta müraciətlərində artım qeydə alınıb və gözləntilərə görə, yaxın gələcəkdə vətəndaşların əmlaklarını sığortalamağa daha çox üstünlük verəcəyi ehtimal olunur”-deyə ekspert bildirib.

Emil Ağabağırov hesab edir ki, yeni hazırlanacaq konsepsiya və nəzarət mexanizminin tətbiqi isə daşınmaz əmlak bazarında sığortalanma səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »