Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heyətində 25 nəfər Azərbaycan vətəndaşının olduğu yük gəmiləri vurulub
Heyətində 25 nəfər Azərbaycan vətəndaşının olduğu yük gəmiləri vurulub

5 iyun tarixində gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və nəticədə gəmilərin heyətində olan Azərbaycan vətəndaşlarının həlak olması barədə məlumat verilib.

Bizimyol.info xəbər verir ki, məsələyə ilə bağlı Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə açıqlama verib.

"Bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Qeyd etmək istərdik ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər", - deyə XİN sözçüsü qeyd edib.

Hacızadə deyib ki, hal-hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarımız, ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. "Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq", - deyə XİN nümayəndəsi əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »