Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək verməyə hazır olduğunu bir daha bəyan edib. Moskva tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün öz ərazisində platforma təqdim edə biləcəyini və nəqliyyat-kommunikasiya layihələri ilə humanitar məsələlərin həllinə yardım göstərməyə hazır olduğunu bildirib. Rusiya XİN başçısının müavini Mixail Qaluzinin sözlərinə görə, Moskva həmçinin regional əməkdaşlığın inkişafı baxımından 3+3 formatını perspektivli mexanizm hesab edir.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin, yəni yekun sülh sazişinin imzalanması məsələsində Rusiya tərəfinin prosesi öz ərazisində reallaşdırmaq istədiyi bildirilir. Moskva bununla Cənubi Qafqazda öz geosiyasi mövqeyini bərpa etməyə və təsir imkanlarını gücləndirməyə çalışır.
“Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda Vladimir Putinin Azərbaycanla bağlı müsbət fikirlər səsləndirməsi, eləcə də Azərbaycanı strateji tərəfdaş kimi dəyərləndirməsi diqqət çəkib. Bu, Rusiyanın regiondakı proseslərə yanaşmasında müəyyən diferensial münasibətin mövcud olduğunu göstərir. Burada Rusiya istəyir ki, Azərbaycanın mövqeyini alsın və Azərbaycan sülh müqaviləsinin Rusiyada imzalanmasına razı olsun” – deyən politoloq hesab edir ki, Azərbaycan və Ermənistanın mövcud siyasi reallıqlar fonunda buna gedəcəyi ehtimal olunmur.
Politoloqun fikrincə, 2022-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın faktiki olaraq qüvvədən düşüb. 8 avqust sülh paraflanması var və bu qüvvədə olacaq.
“Rusiyanın cəhdləri də mənasızdır. Çünki Moskvanın həm Bakı, həm də İrəvanla münasibətlərdə elə təzyiqlər edib ki, münasibətlər bəlkə münasibətlər normallaşar, amma fundamental və tarixi məsələ olan yekun sülh müqaviləsinin Rusiya ərazisində imzalanmasına gedilməyəcək” - deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






