İran dünya bazarı və beynəlxalq təchizat zəncirlərində səmərəli iştirakı gücləndirməlidir.
"Report" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
"Dayanıqlı ərzaq təhlükəsizliyini təmin etmək üçün dünya bazarlarında, istehsal şəbəkələrində və beynəlxalq təchizat zəncirlərində səmərəli və birbaşa iştirakı gücləndirmək lazımdır", - o qeyd edib.
Pezeşkianın fikrincə, qanunvericilik maneələri olduqda və ya normativ aktların dəyişdirilməsinə ehtiyac yarandıqda, hökumət tərəfindən qərar qəbul edilməsi üçün konkret və ekspert təklifləri təqdim edilməlidir:
"Kommersiya fəaliyyətində gəlir, xərc və mənfəətlilik strukturu dəqiq müəyyən edilməli və şəffaf olmalıdır".






