Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldəniz Cəfərov: “Ödənişli yolun ödənişsiz alternativi əvvəlki kimi qalır”
Eldəniz Cəfərov: “Ödənişli yolun ödənişsiz alternativi əvvəlki kimi qalır”

Qanunvericiliyin tələblərinə əsasən, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yolun mövcud olduğu hallarda vətəndaşlara seçim imkanı yaradılmaqla ödənişli avtomobil yolunun istismarı mümkündür.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ödənişli yol kimi istifadə olunur. Qanunvericiliyin tələblərinə əsasən, ödənişli yolların tətbiqi zamanı vətəndaşlara ödənişsiz alternativ marşrutun təqdim edilməsi nəzərdə tutulur. Bu baxımdan, Zəfər yolu ödənişsiz alternativ yol funksiyasını yerinə yetirir.

Zəfər yolunun ödənişli olması ilə bağlı yanlış fikirlər var. Əslində bu yol ödənişsiz alternativ marşrut kimi nəzərdə tutulub.

Bu sistem necə işləyir və məqsədi nədir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ödənişli yol təcrübəsi ölkəmizdə artıq var: “Ödənişli yol Zəfər yolu deyil. Əslində söhbət Zəfər yoluna paralel çəkilmiş avtomobil yolundan gedir. Ödənişli yolun alternativi mövcuddur və həmin alternativ marşrut əvvəlki kimi qalır. Ödənişli yol təcrübəsi ölkəmizdə artıq var. Məsələn, Quba istiqamətində ödənişli avtomobil yolu fəaliyyət göstərir. Bununla yanaşı, həmin istiqamətdə başqa bir magistral yol da var. Bu ona alternativdir, sadəcə ödənişlidir.

Bu, normal praktika və geniş tətbiq olunan təcrübədir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »