İran Silahlı Qüvvələri yalnız ABŞ tərəfindən İran ərazisinə qarşı hücumlar üçün istifadə olunan obyektlərə cavab zərbələri endirir.
APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" hesabında yazıb.
“Silahlı qüvvələrimiz özünümüdafiə çərçivəsində ABŞ-ın mülki gəmiçiliyə qarşı hücumlar və atəşkəs rejiminin pozulması üçün istifadə etdiyi obyektlərə zərbələr endirir”, - deyə Əraqçi bildirib.
İranlı nazir vurğulayıb ki, İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq.
Əraqçinin sözlərinə görə, ABŞ və İsrail yeni müharibə yolu ilə daha əvvəl sanksiyalar və hərbi əməliyyatlarla əldə edə bilmədikləri nəticələrə nail ola bilməyəcəklər.






