NATO-nun Baş katibi Mark Rutte Kiyevə gedib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Dəmir Yollarının Telegram kanalında məlumat yayılıb.
Paylaşılan fotolarda NATO rəhbərinin qatardan düşərək perronda qarşılandığı görünür. Səfərin rəsmi gündəliyi və məqsədi barədə hələlik məlumat verilməyib.
Bununla belə, ekspertlər NATO rəhbərinin səfərinin Ukraynaya hərbi və siyasi dəstək məsələləri, təhlükəsizlik vəziyyəti, eləcə də Kiyev ilə alyans arasında əməkdaşlığın gələcək perspektivləri ilə bağlı müzakirələrlə əlaqəli ola biləcəyini istisna etmirlər.
Mark Rütte son aylarda Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayaraq, NATO müttəfiqlərinin Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsinə sadiq qaldığını bəyan edib. NATO rəhbərinin əvvəlki Kiyev səfərləri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirdiyi, hərbi yardım və təhlükəsizlik zəmanətlərini müzakirə etdiyi bildirilirdi.
Hazırda NATO Baş katibinin bu səfər çərçivəsində hansı görüşlər keçirəcəyi və hansı açıqlamalar verəcəyi barədə əlavə məlumat gözlənilir.
Bizimyol.info






