Almaniya kansleri Fridrix Merkz hesab edir ki, ölkəsi bütün iqtisadi çətinliklərə baxmayaraq, qarşıda çox yaxşı günləri yaşayacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə "Phoenix" telekanalı məlumat verib.
“Pessimizmə əsas yoxdur və ölkəmizin gələcəyini qaranlıq rənglərlə təsvir etməyə ehtiyac yoxdur,” – deyə Merkz Şərqi Almaniya İqtisadi Forumu zamanı bildirib. Forum Bader-Zarov bələdiyyəsində (Brandenburg federal ərazisi) keçirilirdi.
“Könüllü olaraq keçmişdə qalmış yaxşı günlərimizi yada salmamalıyıq; qarşıda çox yaxşı illər bizi gözləyir – həm Şərqi Almaniyada, həm Qərbi Almaniyada, həm bütün Almaniyada, həm də Avropada. Bunun üçün indi bir-birimizə qarşı deyil, birlikdə çalışmalıyıq,” – deyə kansler vurğulayıb və ölkənin gələcəyi naminə “partiya-siyasi oyunları” bir kənara qoymağa çağırıb.
Bizimyol.info






