Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya hazırda NATO-ya qarşı hücum həyata keçirmək gücündə deyil - Sikorski
Rusiya hazırda NATO-ya qarşı hücum həyata keçirmək gücündə deyil - Sikorski

Polşanın xarici işlər naziri Radoslav Sikorski hesab edir ki, Rusiya hazırda NATO-ya qarşı genişmiqyaslı hərbi hücum həyata keçirmək imkanına malik deyil.

Bizimyol.info xəbər verir ki, Polşa XİN rəhbəri bu fikri Alyans ölkələri üçün mövcud təhlükəsizlik risklərini şərh edərkən səsləndirib.

Sikorskinin sözlərinə görə, əgər Moskva irimiqyaslı hücuma hazırlaşsaydı, Qərb ölkələri bunu kəşfiyyat məlumatları və peyk müşahidələri vasitəsilə aşkar edə bilərdi.

“Hazırda Rusiya NATO-ya qarşı böyük hücum həyata keçirmək gücündə deyil. Əgər buna hazırlaşsaydı, biz bunu görərdik”, – deyə polşalı nazir bildirib.

Bununla yanaşı, Sikorski vurğulayıb ki, Rusiya Polşa və regionun digər ölkələri üçün təhlükə olaraq qalır. O qeyd edib ki, NATO tammiqyaslı işğal xarakteri daşımayan diversiya və müxtəlif təxribatlara qarşı hazırlıqlı olmalıdır.

Nazir əlavə edib ki, Rusiya rəhbərliyinin niyyətləri Qərbi Avropanın bəzi ölkələrinin düşündüyündən daha ciddi olub və buna görə riskləri kiçiltmək olmaz.

Bundan əvvəl Almaniya Bundesverinin baş inspektoru Karsten Broyer bəyan etmişdi ki, Rusiya 2029-cu ilə və ya daha tez müddətdə NATO-ya hücuma hazır ola bilər. Estoniya kəşfiyyatı da Moskvanın silahlı qüvvələrini bərpa edib gücləndirməyə davam edəcəyini düşünür.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »