Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ İranın Hörmüz boğazını bloklaması ilə bağlı yeni sanksiya hazırlayıb
Aİ İranın Hörmüz boğazını bloklaması ilə bağlı yeni sanksiya hazırlayıb

Avropa İttifaqı (Aİ) İranın Hörmüz boğazında gəmiçilik azadlığını məhdudlaşdırdığı iddiaları ilə əlaqədar yeni sanksiya mexanizmi hazırlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Aİ Şurasının qəbul etdiyi qərarda bildirilir.

Sənədə əsasən, Aİ Şurası daha əvvəl — 2023-cü ildə İranın Rusiyaya hərbi dəstək göstərməsi səbəbilə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin əhatə dairəsini genişləndirib. Yenilənmiş sanksiya rejimi artıq Yaxın Şərqdə naviqasiya azadlığına təhlükə yaradan fəaliyyətlərlə əlaqəli şəxslər və təşkilatlara da şamil olunacaq.

Aİ Şurasının mövqeyinə görə, İranın Hörmüz boğazındakı addımları beynəlxalq hüquqa zidd hesab olunur.

Hazırda yeni mexanizm çərçivəsində konkret sanksiyalar tətbiq edilməyib. Bununla belə, gələcəkdə tətbiq olunacaq məhdudiyyətlərin əsasən Avropa İttifaqına giriş qadağası və aktivlərin dondurulmasını əhatə edəcəyi bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »