Alyona Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində tədbirlərdə iştirak edib və forumun sərgi zonalarını ziyarət edib.
Bizimyol.info xəbər verir ki, Forum şəhər planlaşdırılması, dayanıqlı inkişaf və urban innovasiyalar mövzusunda beynəlxalq müzakirələrin aparıldığı əsas platformalardan biridir. Alyona Əliyevanın sərgi zonaları ilə tanışlığı çərçivəsində müxtəlif ölkələrin şəhərsalma layihələri, texnoloji həlləri və gələcək şəhər konseptləri barədə təqdimatlarla tanış olduğu bildirilir.
Bizimyol.info






