Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi ilə əlaqə kəsilib, lakin İraq dəniz limanı rəhbərliyi onlardan heç bir həyəcan siqnalı almayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə İraq Dəniz Limanlarının Baş Şirkəti məlumat verib.
"Dəniz İdarəsi və İraq ərazi sularındakı Xüsusi Axtarış və Xilasetmə Mərkəzləri Boliviya bayrağı altında üzən iki gəmidən heç bir mesaj və ya həyəcan siqnalı almayıb və onlar İraq ərazi sularına daxil olmayıblar. Fars körfəzindəki bir neçə limandakı təhlükəsizlik orqanlarından, eləcə də iki gəminin sahiblərindən hər hansı bir məlumat tələb edən məktublar alıblar, çünki onlarla əlaqə kəsilib", - deyə INA xəbər agentliyi şirkətin açıqlamasına istinadən verdiyi xəbərdə qeyd edib.
İraq şirkəti əlavə edib ki, "söhbət gedən gəmilərin yeri ilə bağlı heç bir məlumata malik deyil", lakin "bölgədəki axtarış və xilasetmə xidmətləri ilə əlaqələndirilmiş şəkildə əməliyyatları izləməyə davam edəcək".
Bizimyol.info






