Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bakıda özünü sanki ikinci evində hiss edirsən”
“Bakıda özünü sanki ikinci evində hiss edirsən”

Bakıda keçirilən World Urban Forum çərçivəsində iştirak edən beynəlxalq ekspert İbrahim Zakaria forumun yüksək təşkilatçılıq səviyyəsini həyatını xüsusi vurğulayıb. O bildirib ki, bu, qatıldığı üçüncü şəhərsalma forumu olsa da, Bakıdakı tədbir fərqli təəssürat yaradıb.

Ekspertin sözlərinə görə, forumda xidmətlərin koordinasiyası, könüllülərin fəaliyyəti və ümumi təşkilati işlər yüksək səviyyədə qurulub:

“Burada təşkilatçılıq səviyyəsi, xidmətlərin könüllülərlə birlikdə koordinasiyası həqiqətən diqqətçəkəndir. Xüsusilə qadın könüllülər hazırlıq prosesində möhtəşəm iş görürlər”.

O, Bakıda insanların qonaqpərvərliyinin də onda xüsusi təəssürat yaratdığını deyib:

“Burada hər məkana daxil olanda özünü sanki ikinci evində hiss edirsən”.

Mütəxəssis qeyd edib ki, Azərbaycana ilk səfəri olsa da, Bakının memarlığı və şəhər mühiti onu heyran edib:

“Mən müxtəlif tipli binaları, memarlıq strukturlarını görüb həqiqətən təsirləndim. Mənim üçün şəhərin keyfiyyəti yalnız binalarla deyil, orada yaşayan insanların həyat keyfiyyəti ilə ölçülür”.

O bildirib ki, şəhərləri insanların məkanlarla qarşılıqlı əlaqəsinə görə qiymətləndirir və Bakıda bu dinamikanın uğurla qurulduğunu düşünür:

“Mən urban məkanı onun aktivliyinə və insanların həmin məkanla necə əlaqə qurduğuna görə dəyərləndirirəm. Bakı bu baxımdan çox uğurludur”.

Ekspert gələcəkdə yenidən Bakıya qayıtmaq istədiyini də əlavə edib:

“Mütləq yenidən gələcəyəm. Amma növbəti dəfə forum üçün deyil, şəhəri rahat şəkildə gəzmək və daha yaxından tanımaq üçün”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »