Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Kubaya qarşı hərbi qüvvədən yalnız son çarə kimi istifadə etməyi düşünür
ABŞ Kubaya qarşı hərbi qüvvədən yalnız son çarə kimi istifadə etməyi düşünür

ABŞ hakimiyyəti Kubaya qarşı hərbi qüvvədən istifadəni yalnız son çarə kimi qiymətləndirir, lakin bu ehtimalı tam istisna etmək mümkün deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə Florida ştatından olan respublikaçı senator Rik Skott bildirib.

“Düşünmürəm ki, onlara qüvvə tətbiq etmək lazım gələcək. Amma heç bir variantı tam istisna etməzdim”, – deyə Semafor qeyd edib.

Yayımlanan məlumatda bildirilir ki, Vaşinqton yalnız mövcud diplomatik və iqtisadi yanaşma uğursuz olarsa hərbi addım ata bilər. ABŞ-ın bir məmuru bildirib ki, ölkə Kubayla “danışıq aparmaq” niyyətindədir, çünki Kuba “kömək istəyir”, və o, mövcud səylərin kifayət edəcəyinə əmindir. Eyni fikri Amerika Universitetindən siyasi ekspert Uilyam Leoqrand da deyib. O hesab edir ki, Vaşinqton üçün “əsas təzyiq aləti” hələ də iqtisadi yanaşmadır, lakin ABŞ “hərbi qüvvə tətbiq etmək imkanına işarə verməyə” davam edir.

Bundan əlavə, portal qeyd edir ki, ABŞ üçün İranda vəziyyət tam həll olunmayınca Kubaya qarşı hərbi yanaşma çətin olacaq. Leoqrand hesab edir ki, Tehranla aparılan hərbi əməliyyatlar göstərdi ki, “hava müharibəsi ilə” ölkədə siyasi dəyişikliklərə nail olmaq çətindir.

Ötən gün ABŞ prezidenti Donald Tramp bildirib ki, Kubayla razılaşmalar əldə etmək mümkündür. Lakin o, Kubada hökumət və dövlət quruluşunun devrilməsi məqsədilə addımlar atılıb-atılmaması barədə konkret cavab verməyib. Mart ayında Tramp qeyd etmişdi ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kubaya münasibətdə növbəti addımları müəyyən edəcək. Daha əvvəl isə prezident bir neçə dəfə vurğulayıb ki, ABŞ-ın təzyiqi nəticəsində Venesueladan Kubaya neft tədarükü dayandırıldıqdan sonra ölkənin hökuməti və iqtisadiyyatı çökməyə başlayıb. 27 fevralda o, bildirib ki, ABŞ Kubaya “dostcasına nəzarət edə bilər”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »