Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anaklaudia Rossbax: “Şəhərlər iqlim və sosial böhranların ön cəbhəsindədir”
Anaklaudia Rossbax: “Şəhərlər iqlim və sosial böhranların ön cəbhəsindədir”

“Şəhərlər artıq iqlim böhranı, təbii fəlakətlər, sosial problemlər və təhlükəsizlik çağırışlarının ön cəbhəsindədir”.

Bizimyol.info xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən World Urban Forum 13 (WUF13) zamanı çıxışında deyib.

O bildirib ki, 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün şəhərlərin daha dayanıqlı və innovativ şəkildə inkişaf etdirilməsi vacibdir. Rossbaxın sözlərinə görə, xüsusilə Afrika kimi regionlarda sürətli urbanizasiya və gənc əhalinin artımı şəhərlərə əlavə təzyiq yaradır.

UN-Habitat rəhbəri qeyd edib ki, şəhərlər yalnız mənzil təminatı ilə deyil, insanların əsas xidmətlərə və imkanlara çıxışı baxımından da inkişaf etdirilməlidir. O, son illərdə daşqınlar, yanğınlar və torpaq sürüşmələrinin şəhərlərə ciddi təsir göstərdiyini vurğulayaraq, gələcəyin şəhərləri üçün yeni yanaşmalara ehtiyac olduğunu bildirib.

Anaklaudia Rossbax əlavə edib ki, Dünya Şəhərsalma Forumu, COP toplantıları və BMT platformaları dayanıqlı şəhər inkişafı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün mühüm imkanlar yaradır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »