Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Hörmüz boğazında yeni nəzarət mexanizmi və rüsum sistemi tətbiq edəcək - Xəritə
İran Hörmüz boğazında yeni nəzarət mexanizmi və rüsum sistemi tətbiq edəcək - Xəritə

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi şənbə günü bildirib ki, yaxın vaxtlarda Hörmüz boğazında gəmilərin hərəkətini idarə edəcək yeni sistem təqdim olunacaq. Hazırlanan plana görə, gəmilərin hərəkəti yalnız müəyyən edilmiş marşrut üzrə həyata keçiriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Jerusalem Post" İran rəsmilərinin açıqlamalarına istinadla məlumat yayıb.

Əzizinin sözlərinə görə, yeni hərəkət qaydalarından yalnız ticarət gəmiləri və İranla əməkdaşlığa hazır olduğunu bildirən tərəflər yararlana biləcək. Bu mexanizm çərçivəsində İran hakimiyyəti xüsusi xidmətlərin göstərilməsi üçün rüsum toplayacaq.

Bu yeniliklə bağlı açıqlama, İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) Hərbi-Dəniz Qüvvələri tərəfindən Hörmüz boğazının xəritəsinin yayımlanmasından sonra verilib. Xəritədə İran silahlı qüvvələrinin nəzarət zonaları göstərilib.

Bizimyol.info

Иран введет новый механизм контроля и пошлины в Ормузском проливе | Фото: © Фото: X (@IranIntl_En)

Son xəbərlər
Bütün xəbərlər »