Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: "Si Cinpin İrana hərbi texnika verməyəcəyini vəd edib"
Tramp: "Si Cinpin İrana hərbi texnika verməyəcəyini vəd edib"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin sədri Si Cinpin Pekinin İrana hərbi texnika tədarük etməyəcəyini vəd edib.

“Fox News” telekanalına müsahibəsində Tramp deyib ki, bu məsələ Si Cinpinlə danışıqlarda müzakirə olunub.

“O dedi ki, hərbi texnika tədarük etməyəcək. Bu, çox ciddi bəyanatdır”, – deyə ABŞ prezidenti bildirib.

Tramp əlavə edib ki, Çin eyni zamanda İrandan neft almağa davam etmək niyyətindədir. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »