Bizimyol.info xəbər verir ki, bu barədə Arakçi özünün Telegram kanalında bildirib.
"Dünən Netanyahunun müharibə zamanı BƏƏ və Əbu-Dabiyə səfər etdiyi məlum oldu. Həmçinin ortaya çıxıb ki, onlar bu hücumlarda iştirak ediblər və bəlkə də birbaşa bizə qarşı fəaliyyət göstəriblər. Buna görə də BƏƏ bu aqressiyanın aktiv iştirakçısıdır və bunda heç bir şübhə yoxdur."
İran XİN rəhbərinin fikrincə, BƏƏ-nin İsraillə ittifaqı münaqişə zamanı ölkəni qorumağa yetməyib və o, BƏƏ-ni xarici siyasətini yenidən gözdən keçirməyə çağırıb.
Qadir, Bizimyol.info






