Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: Si Czinpinqlə münasibətlərimizdə bəzən çətinliklər olsa da, onları həll edə bilmişik
Tramp: Si Czinpinqlə münasibətlərimizdə bəzən çətinliklər olsa da, onları həll edə bilmişik
"Aamerika-Çin münasibətləri tarixin ən yaxşı dövrünü yaşayacaq".

Bizimyol.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Pekində Xalq Məclisi binasında Çin Prezidenti Si Czinpinqlə görüşün əvvəlində bildirib.

"Sizinlə olmaq bir şərəfdir. Sizin dostunuz olmaq bir şərəfdir. ABŞ-Çin münasibətləri əvvəllər olduğundan daha yaxşı olacaq. Gözəl bir gələcək bizi gözləyir", - deyə Tramp qeyd edib.

ABŞ Prezidenti bildirib ki, uzun illər ərzində onların münasibətlərində bəzən çətinliklər yaranıb, lakin hər iki tərəf onları həll etməyi bacarıb.

"Biz artıq uzun zamandır tanışıq. Əslində, bu, iki lider arasında olan ən uzunmüddətli münasibətlərdir və mənim üçün böyük şərəfdir. Biz fantastik münasibətlər qurmuşuq. Uğurlu münasibətimiz olub, çətinliklər yarandıqda isə onları həll etmişik. Çətinlik yarandıqda mən sizə zəng etmişəm, siz də mənə", - deyə Tramp qeyd edib.

"İnsanlar bilmir, amma problem yarandıqda biz onu çox tez həll edirdik", - deyə O əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »