Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rubiо Çinin sanksiyalarına baxmayaraq, Trampla birgə Pekinə səfər edib
Rubiо Çinin sanksiyalarına baxmayaraq, Trampla birgə Pekinə səfər edib

ABŞ Dövlət katibi Marko Rubio Çinə Prezident Donald Trampla birgə səfər edib, baxmayaraq ki, əvvəllər Çin hakimiyyəti ona qarşı sanksiyalar tətbiq etmişdi.

Bizimyol.info xəbər verir ki, AFP xəbər agentliyinin məlumatına görə, səfər Rubionun soyadının Çin rəsmi sənədlərində yazılışının dəyişdirilməsi sayəsində mümkün olub.

Agentliyin məlumatına görə, Rubio 2025-ci ilin yanvarında vəzifəyə başlamazdan əvvəl Çin dövlət kütləvi informasiya vasitələri və hökumət strukturları onun soyadının ilk hecasını fərqli bir hieroqram ilə yazmağa başlayıblar. Əvvəlki yazılış variantı dəyişdirilərək “lu” kimi oxunan hieroqram ilə əvəz edilib. Diplomatik mənbələr hesab edir ki, bu düzəliş Çinə ABŞ rəsmisini, əvvəl tətbiq olunmuş sanksiyaları ləğv etmədən, rəsmi şəkildə qəbul etməyə imkan verib.

Çin səfirliyinin nümayəndəsi Lü Penyu bildirib ki, sanksiyalar Rubionun senator kimi fəaliyyət göstərdiyi dövrdəki addımları və bəyanatları ilə bağlı idi. O zaman Rubio Çinə qarşı tədbirlərin tətbiqini dəstəkləyib, uyğurların məcburi əməyindən istifadə ittihamlarını əsas gətirib və Pekinin Honkonq siyasətini tənqid edib.

Dövlət katibi vəzifəsinə təsdiqlənmə dinləmələrində Rubio Çini ABŞ-ın əsas strateji rəqiblərindən biri kimi qiymətləndirib. Lakin təyinatından sonra o, Donald Trampın xarici siyasət xəttini dəstəkləyərək Pekinlə ticarət əlaqələrinin inkişafına üstünlük verib.

Rubionun səfəri Donald Trampın Çinə 13–15 may tarixlərinə planlaşdırılmış rəsmi səfəri çərçivəsində həyata keçirili.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »