Kamala Harris bəyan edib ki, İranla müharibədə ən böyük qalib Rusiya, ən çox zərər çəkən isə Ukraynadır. O, bu vəziyyətin əsas səbəblərini enerji bazarındakı dəyişikliklər və Ağ Evdəki kadr qərarları ilə izah edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Fox News" kanalı məlumat verib.
Harris iddia edir ki, Donald Tramp faktiki olaraq Rusiyaya qarşı sanksiyaları götürüb, bu isə Moskvanın satıla bilməyəcək nefti böyük gəlir gətirməsinə imkan yaradıb. “İranda müharibənin əsas qalibini bilmək istəyirsiniz? Rusiyadır. Səbəb isə neft məsələsidir”, – deyə o vurğulayıb və bu qərarların qlobal iqtisadi nizam üçün ciddi nəticələr doğurduğunu əlavə edib.
Harris həmçinin qeyd edib ki, Kreml üçün maliyyə qazancı ilə yanaşı, Kiyevə silah çatışmazlığı ciddi problemə çevrilib. O bildirib ki, Yaxın Şərqdəki konflikt səbəbindən ABŞ hərbi resursları yönləndirməyə məcburdur. Xüsusilə, ilkin olaraq Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün nəzərdə tutulmuş artilleriya, sursat və hava hücumundan müdafiə sistemləri (HHM) indi ABŞ-ın İrandakı müharibə maraqlarını təmin etmək üçün istifadə olunur.
Keçmiş vitse-prezident Trampın indiki hərbi kampaniyasını “icazəsiz macəra” adlandırıb. Onun fikrincə, belə strategiya ikiqat zərbə vurur: bir tərəfdən Rusiya enerji satışından qazanc əldə edir, digər tərəfdən isə Ukrayna zəruri müdafiədən məhrum qalır, vəd edilmiş HHM və sursatlardan məhrum olur.
Qadir, Bizimyol.info






