Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: Tramp dövründə Avropa-ABŞ münasibətləri idarəolunmaz hala gəldi
Stoltenberq: Tramp dövründə Avropa-ABŞ münasibətləri idarəolunmaz hala gəldi

Avropa ilə ABŞ arasındakı münasibətlər ABŞ Prezidenti Donald Trampın ikinci dövründə əhəmiyyətli dərəcədə mürəkkəbləşmiş və idarəolunmaz hala gəlib.

Bizimyol.info xəbər verir ki, bunu NATO-nun sabiq baş katibi (2014–2024) Yens Stoltenberq bildirib.

“Hazırda münasibətlər daha mürəkkəbdir, Avropa ilə Şimali Amerika (ABŞ) arasındakı gərginlik artıb və onları idarə etmək çətinləşib. Mən hələ də hesab edirəm ki, baş katibin və NATO-nun əsas vəzifəsi bu gün Şimali Amerika ilə Avropa arasında birliyi qorumaqdır. Lakin müəyyən sərhədlər var ki, onlarla barışmaq mümkün deyil,” – deyə Stoltenberqin "Bloomberg" agentliyinə açılzma verərkən qeyd edib.

Xüsusilə, o, ABŞ administrasiyasının Qrenlandiya ilə bağlı bəyanatlarını qeyd edib. “Mən NATO müttəfiqlərimlə tamamilə razıyam ki, məsələn, başqa bir ölkəyə, Qrenlandiyaya, Danimarkaya təhdid etmək cəhdi qəbuledilməzdir,” – deyə Stoltenberq bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »