Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Avropanın Ukrayna üzrə danışıqlarda iştirakını rədd edib
Putin Avropanın Ukrayna üzrə danışıqlarda iştirakını rədd edib

Vladimir Putin Avropa liderlərinin Ukraynadakı müharibənin dayandırılması ilə bağlı danışıqlara qatılmaq təklifini rədd edib və ABŞ-la əldə etdiyi sülh sazişinə əsaslanan danışıqlar aparmaq istədiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" anonim rəsmi şəxslərə istinadən məlumat verib.

İddiaya görə, Almaniya, Fransa və Böyük Britaniyanın nümayəndələri mümkün danışıqlarda iştirakı müzakirə ediblər və bu barədə Ukrayna tərəfi ilə razılaşma əldə etməyə çalışıblar.

Lakin Putin qeyd edib ki, o, ABŞ prezidenti Donald Trampla Ankoricdə (Alyaska) görüşdə kompromis əldə edib və Avropanın rolunu Ukraynanı müəyyən güzəştlərə razı salmağa çalışmaqla məhdudlaşdırmaq lazımdır, “silah tədarükləri vasitəsilə deyil”.

"Bloomberg" xatırladır ki, Putin Ukraynadan Donbasın bütün ərazisini verməyi tələb edir, əvəzində isə mövcud cəbhə xətti boyunca döyüşləri dayandıracağına söz verib.

Jurnalistlər bildirirlər ki, məhz bu ziddiyyətlər səbəbindən ABŞ iştirakı ilə Ukrayna-Rusiya danışıqları tıxanıb. Bundan əlavə, Trampın diqqətini İran məsələsinə yönəltməsi də prosesi çətinləşdirib.

Qeyd edək ki, 4 iyun axşamı Prezident Vladimir Zelenski açıq məktubla Putinə müraciət edib, müharibəni dayandırmağa və liderlər səviyyəsində birbaşa danışıqlara başlamağa çağırıb.

Tramp isə bu məktuba artıq reaksiya verib və liderlərin görüşü ideyasını dəstəklədiyini bildirib, görüşün mümkünlüyünü müzakirə etməyin onu məmnun etdiyini vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »