Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Bakıda Kaja Kallas ilə görüşüb
Ceyhun Bayramov Bakıda Kaja Kallas ilə görüşüb

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas Azərbaycana gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial veria hesabında paylaşım edərək məlumat verib.

Bildirilir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Kaja Kallas arasında təkbətək və geniş tərkibli görüş keçirilib.

Görüş çərçivəsində tərəflər ikitərəfli münasibətləri, regional və beynəlxalq mövzuları müzakirə ediblər. Söhbət həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq perspektivlərinə və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlərə həsr olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi görüşün diplomatik əlaqələrin gücləndirilməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »