Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Prezidenti Məsud Pezeşkian: “Hər cür dəniz blokadası uğursuzluğa məhkumdur”
İran Prezidenti Məsud Pezeşkian: “Hər cür dəniz blokadası uğursuzluğa məhkumdur”

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın dəniz blokadası cəhdlərinin region xalqlarının maraqlarına və qlobal sülhə zidd olduğunu bəyan edib.

bizimyol.info xəbər verir ki, Pezeşkiyan IRNA agentliyinə verdiyi açıqlamada Fars Körfəzinin təhlükəsizliyinin yalnız sahil ölkələrinin əməkdaşlığı ilə təmin oluna biləcəyini vurğulayıb və regionun “xarici müdaxilələrə açıq sahə” olmadığını qeyd edib.

Prezident Körfəzi İranın milli kimliyinin ayrılmaz hissəsi və suverenliyin simvolu kimi qiymətləndirib. O bildirib ki, son dönəmlərdə ticarət yollarına və dəniz keçidlərinə tətbiq edilən məhdudiyyətlər İranı təzyiq altına almaq məqsədi daşıyır. Pezeşkiyan ABŞ-ın blokada cəhdlərini beynəlxalq hüquqa və region maraqlarına zidd adlandıraraq, “Hər cür dəniz blokadası uğursuzluğa məhkumdur” deyib.

İran Prezidenti Məsud Pezeşkian həmçinin, Fars Körfəzi və Hörmüz Boğazındakı təhlükəsizlikdə məsuliyyətin ABŞ və İsrailin üzərində olduğunu vurğulayıb. İranın keçid azadlığı və dəniz təhlükəsizliyi prinsiplərinə sadiq qalacağını, lakin bu prinsiplərin İranın suverenliyinə hörmətlə həyata keçirilməli olduğunu bildirib.

Məlumatlara görə, İran ABŞ-İsrail münaqişəsi sonrası Hörmüz Boğazını ticarət gəmilərinə bağlamış, ABŞ isə 13 aprel tarixindən blokada tətbiq etməyə başlamışdı. Hər iki tərəf, bəzi gəmilərə qarşı qarşılıqlı müdaxilələr etmişdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »