Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günəşdə partlayışlar müşahidə olunub, maqnit qasırğası gözlənilir
Günəşdə partlayışlar müşahidə olunub, maqnit qasırğası gözlənilir

Son günlər Günəşdə aktivlik artıb – alimlər bir sıra partlayışlar qeydə alıblar, bunların bir qismi Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat verib.

Tədqiqatçılara görə, koronal kütlə püskürməsi də baş verə bilərdi, lakin dəqiq müşahidələrin olmaması səbəbindən bu fakt hələ təsdiqlənməyib. Əgər təsdiqlənsə, onun Yer kürəsinə təsiri aprelin 29-da gözlənilir.

Əlavə olaraq, Günəşin cənub yarımkürəsindəki koronal dəlik də aprelin 29–30-da Yer tərəfə yönələcək.

Alimlər aprelin 29-da G1 səviyyəsində, aprelin 30-da isə G2 səviyyəsinə qədər yüksələcək maqnit qasırğasının başlanacağını proqnozlaşdırır. Bu, peyk sistemləri və radiokommünikasiya işinə təsir edə biləcək orta səviyyəli geomaqnit pozuntusu deməkdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »