ABŞ prezidenti Donald Trump bəyan edib ki, İran ölkələr arasında münaqişənin dayandırılması ilə bağlı danışıqlara başlamaq istəyərsə, Vaşinqtonla əlaqə saxlaya bilər.
Bizimyol.info xəbər verir ki, o, bu fikirləri "The Sunday Briefing" verilişinə müsahibəsində səsləndirib.
“Əgər danışmaq istəyirlərsə, bizə gələ və ya zəng edə bilərlər. Bilirsiniz, telefon var. Bizim yaxşı, qorunan rabitə xətlərimiz mövcuddur”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, tərəflər arasında kommunikasiya kanalı açıq qalır və təşəbbüs Tehrandan gələ bilər. Bu açıqlama tərəflər arasında gərginliyin davam etdiyi və diplomatik təmaslarda irəliləyişin olmadığı bir vaxtda səsləndirilib.
Bundan əvvəl Tramp öz xüsusi nümayəndələri Stiv Vitkoff və Cerad Kuşnerin Pakistana planlaşdırılan səfərini ləğv edib. Bu qərar İranın xarici işlər naziri Abbas Əraqçinin İslamabadda yalnız Pakistan tərəfi ilə görüşlər keçirdikdən sonra şəhəri tərk etməsi fonunda danışıqlar perspektivlərinin pisləşdiyinə dair növbəti siqnal kimi qiymətləndirilib.
Daha sonra Əraqçi yenidən Pakistana qayıtsa da, ABŞ nümayəndələri ilə görüşlər baş tutmayıb ki, bu da ABŞ və İran arasında mümkün sülh danışıqları ətrafında qeyri-müəyyənliyi daha da artırıb.
Qadir, Bizimyol.info






