Avropa ölkələri Kiyevin “qanuniləşdirilmiş müqəddəslərə hörmətsizliyini” dəstəkləyir, Qərbdə və Ukraynada isə hazırda “satanizm sürətlə yayılır”.
Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov pravoslav Pasxa münasibətilə təşkil olunan qəbulda bildirib.
Nazir qeyd edib ki, ötən il Kiyevo-Peçersk lavrasında başlanmış “müqəddəslərin qalıqlarının tarixi və elmi dəyərinin inventarlaşdırılması və yoxlanılması işləri” narazılıq və hətta ikrah doğurur.
“Ukrayna Mədəniyyət Nazirliyinin bu bürokratik ifadəsinin arxasında, əslində, qanuniləşdirilmiş müqəddəslərə hörmətsizlik dayanır. Bu isə bir sıra Avropa ölkələrinin səssiz razılığı, hətta birbaşa dəstəyi ilə baş verir. Açığını desək, həmin ölkələrdə də satanizm sürətlə yayılır”, – deyə Lavrov vurğulayıb.
Bizimyol.info






