ABŞ administrasiyası İrana yenidən danışıqlar masasına qayıtması üçün bir neçə gün vaxt vermək niyyətindədir, əks halda hərbi əməliyyatlar bərpa oluna bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadla məlumat yayıb.
“Tramp iranlıların vəziyyətlərini yoluna qoymaları üçün atəşkəsi daha üç-beş gün uzatmağa hazırdır”, - deyə portala məlumat verən mənbələrdən biri qeyd edib. Lakin o əlavə edib ki, bu uzadılma “qeyri-müəyyən müddətli olmayacaq”.
ABŞ rəsmisinin sözlərinə görə, diplomatik səylərə bir qədər əlavə vaxt verilməsi barədə qərar qəbul edilib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə platformasında İranla atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlayıb. Bu atəşkəsin yaxın saatlarda başa çatması gözlənilirdi. İran parlamentinin (Məclis) spikerinin müşaviri Mehdi Mohammadi isə Vaşinqtonun elan etdiyi uzadılmanı hiylə adlandıraraq, bunun İrana qarşı yeni gözlənilməz zərbə hazırlamaq üçün istifadə oluna biləcəyini iddia edib. Onun fikrincə, “məğlub tərəf kimi ABŞ şərtləri diktə edə bilməz”.
Qadir, Bizimyol.info






